Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir

25 apr 2024, 09:08
Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verir

Müasir dünyada etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan, bu gün  həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ölkəmizin xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Təsadüfi deyil ki, qazandığı etibarlı tərəfdaş imici, iqtisadi, siyasi, hərbi qüdrəti sayəsində bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Ölkəmiz hazırda regionda, həm də sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycan Ermənistan istisna olmaqla, hərçənd ki, bunu özləri istəmir, qonşu dövlətlərlə də sıx əməkdaşlığa və yüksək səviyyəli, qarşılıqlı faydalı əlaqələrə malikdir. Bu gün Azərbaycan gənc olmasına rəğmən dinamik inkişaf yolu keçir. Ölkəmiz qısa zaman kəsiyində  kifayət qədər güclənib. Məhz bu sadaladıqlarımızın nəticəsidir ki, Rusiya kimi dünya nəhənginin qarşısında öz mövqeyi və maraqlarını açıq şəkildə bəyan edən bərabərhüquqlu tərəfdaşa çevrilmişik. Düzdür,  iki ölkə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik  ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə Rusiya ilə münasibətləri  o qədər də asan və ürəkaçan olmayıb. Lakin Ümummillli lideri Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. Ulu Öndər dərin siyasi təcrübəsinə əsaslanaraq Rusiya ilə dostluq münasibətlərinin qurulmasına xüsusi diqqət ayırdı. Məhz həmin dövrdən etibarən iki ölkə arasında strateji tərəfdaşlığın əsasları qoyuldu. Ulu Öndər siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev də öz növbəsində Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlamışdır. Bu gunlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazıldı. Aprelin 22 də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin dəvəti ilə Moskvaya etdiyi işgüzar səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcəkdir. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı, Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun növbəti ifadəsi idi. Qeyd edək ki, ötən il Ümummilli liderin 100 illiyinin Rusiyada da qeyd edilməsi xalqımıza və onun dahi rəhbərinə olan diqqət və qayğının bariz göstəricisidir. Səfər çərçivəindəki nitqində cənab ilham Əliyev bu məqamlara xüsusi yanaşmaqla ikitərəfli münasibətlərimizin hansı səviyyədə olduğuna diqqət çəkdi. Qeyd edək ki, Ölkə başçısı cənab İlham Əliyevin Rusiyaya bu dəfəki səfəri nəinki ölkəmizin, regionun inkişafı üçün olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycan Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçir.  edir. Hər zaman olduğu kimi regional əməkdaşlığa xüsusi önəm verən Azərbaycan Rusiya kimi nəhəng ölkə ilə əlaqələrin inkişaf etdirilməsində xüsusi maraqlıdır.  

        Rəmziyyə Nəcəfova;
        Neftçala rayonu, ictimai fəal