Son Xəbərlər
Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli
Azərbaycan hökumətini gələn il reallaşdıracağı sosial paket təxminən 3 milyon
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kimya texnologiya”
Bu gün Türkiyə öz turizmi ilə dünyaya hakim olur. Avropa, Asiyada hər zaman “
Bu gündən etibarən Dövlət Başçısının müvafiq sərəncamına əsasən alınan 160
Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalıb. Səbəb
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib.
Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutların fəaliyyəti
Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı
banner

Azərbaycan dünyada iqtisadiyyatı davamlı inkişaf edən nadir ölkələrdəndir

19 apr 2024, 10:41
Azərbaycan dünyada iqtisadiyyatı davamlı inkişaf edən nadir ölkələrdəndir

Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev bu günlərdə Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu.

Bu iri layihənin reallaşması ölkəmizin iqtisadi gücünü göstərməklə yanaşı, həm də inkişafı, tərəqqini qarşısına məqsəd qoyan dövlətimizin siyasətini nümayiş etdirir. Öz başlanğıcını Mingəçevir su anbarından götürən Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə istifadəyə verilib. Ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan torpaq məcralı kanaldır. Bu isə öz növbəsində uzun illər ərzində kanalın böyük su itkisi ilə işləməsinə şərait yaradıb. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə cari ilin aprel ayının 8-də ölkə başçısı cənab İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb. Yenidən qurulduqdan sonra 230 min hektar əkin sahəsini əhatə edəcək bu kanal vasitəsilə geniş ərazilər əkin dövriyyəsinə cəlb ediləcəkdir.

Qeyd edək ki, bu kanal vasitəsilə suvarılacaq ərazilərin böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaqdır. 10 rayonu əhatə edəcək bu layihənin son nöqtəsi on ildən çoxdur ki, tamamilə qurumuş Hacıqabul gölü olacaq. Cənab Prezident təməlqoyma mərasimində bu məsələni xüsusi vurğuladı. Bəli, Hacıqabul gölü Kanal istifadəyə veriləndən sonra dolacaq və bunun da təbiətə çox müsbət təsir edəcəkdir. Görünən odur ki, son iyirmi il ərzində həyata keçirilmiş  islahatlar, infrastruktur layihələr nəticəsində  Azərbaycan davamlı inkişafa nail olub.  

Fərqanə Ağalarova;
Neftçala rayonu, müəllim