Son Xəbərlər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti

Orta məktəbin müəllim və şagirdləri Əkinçilik institutunda olublar

18 apr 2024, 14:38
Orta məktəbin müəllim və şagirdləri Əkinçilik institutunda olublar

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsi məqsədilə Pirşağı qəsəbəsi 305 saylı məktəbin müəllim və şagirdləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olublar. 

LiderXəbər xəbər verir ki, tədbir məktəbin, o cümlədən “Uşaq birliyi”nin sədri Elnarə Həsənova və ƏETİ-nin birgə təşkilatçılığı ilə həyata keçirilib. İştirakçıları institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu qarşılayıblar. Sonra ƏETİ-nin direktoru Faiq Xudayevlə görüş keçirilib.

Tədbir çərçivəsində məktəbin biologiya müəllimi Afaq Eyyubova əyani vəsaitlərdən istifadə etməklə tədbir mövzusu ətrafında şagirdlərə mühazirə deyib. O, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və s. bəhs edib.

Müəllim və şagirdlərə institutun fəaliyyəti haqqında videoçarx nümayiş edilib. Tədbir iştirakçıları videoçarx vasitəsilə ƏETİ-nin yaranma tarixi, strukturu, kadr potensialı, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və s. haqqında məlumatlandırılıblar. 

Görüş zamanı institutla, onun təcrübə sahələri, laboratoriyaları ilə əyani tanışlıq da həyata keçirilib. İnstitutun əməkdaşları aqrar sahədə ƏETİ-nin rolunu xüsusi vurğulayıb, o cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları haqqında ətraflı məlumat veriblər.