Son Xəbərlər
Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib.
Gürcüstanda sabitliyin pozulması və ya bu kimi təhlükə Gürcüstan üçün olduğu
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant
Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş "Hərbi vəzifə və hərbi
Əhalinin banklardakı əmanətləri artıb. Liderxeber.az Mərkəzi Bankın məlumatına
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da arabir yağıntılı olacağı
Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır,
banner

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım edib

18 apr 2024, 10:28
Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım edib

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub".

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva paylaşım edib.

Paylaşımda qeyd edilib ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür.

"İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, içərisində qadınların, uşaqların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanı dağıdılaraq məhv edilib”, – paylaşımda vurğulanıb.

Həmçinin bildirilib ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yer aşkar edilib: “Kütləvi şəkildə qətlə yetirilmiş kənd sakinlərinin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfn olunub”.