Son Xəbərlər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti

Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ

17 apr 2024, 13:11
Bakıda 26, bölgələrdə 28 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.