Son Xəbərlər
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi
Müstəqil "Bridge7" kinostudiyası məşhur "Slumdog
Bu gün UEFA Çempionlar Liqasında V tura doqquz görüşlə yekun vurulacaq.
Bir çox insanlar qidadan qalanları alüminium folqaya bükərək saxlamağa
Əsasən Çindən olan məhsulların onlayn satışını həyata keçirən "Temu"
Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava
Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın minlərlə tərəfdarı
"Diplomsuz işləyən estetik cərrahlara icazəni kim verir?"
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami
banner

Əsgəran yolunun inşasına başlanıldı - Fotolar

17 apr 2024, 09:54
Əsgəran yolunun inşasına başlanıldı - Fotolar

Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Bu barədə LiderXəbər-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilib.

Bildirilib ki, hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür:

“Avtomobil yolunun tikintisinin başa çatdırılması imkan verəcək ki, Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlər, Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam edələr.

Əsgəran avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır”.