Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xıllı qəsəbəsinin sakinləri ilə
Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax,
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı
"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti
İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri
Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki
Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli
banner

Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

04 apr 2024, 13:53
Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

Coca-Cola Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə birgə həyata keçirdiyi “HORECA Collection” ekoloji layihəsinin hesabatını təqdim edib.

30 Mart Beynəlxalq Sıfır Tullantı Günündə təqdim edilən hesabatda bildirilir ki, Coca-Cola-nın “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıların toplanaraq təkrar emal edilməsini həyata keçirir. Layihənin icra olunmasında məqsəd təkrar emalı təşviq etməkdir.

Hazırda fəaliyyətini davam etdirən layihə çərçivəsində ümumilikdə 111.725,50 kq (~111 ton), təkcə 2023-cü il ərzində isə 66.207,30 (~66 ton) tullantı toplanılıb.

Coca Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola Dayanıqlı İnkişaf Strategiyasına uyğun olaraq plastik tullantıların təkrar emalına yönələn layihələr həyata keçirir: "Coca-Cola dünyada tullantıların azaldılması üçün həm dövlət qurumları, həm biznes sektoru, həm də ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Bu layihə Coca-Cola-nın Azərbaycanda ekoloji istiqamətdə həyata keçirdiyi uzun müddətli layihələrdəndir. Layihə artıq 3-cü ildir ki, icra olunur və Azərbaycanda plastik tullantıların təkrar emalı işinə öz töhfəsini verir. Əminəm ki, bu il də layihə öz uğurlu nəticələri ilə faydalı olacaq”.

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında irəli sürdüyü “Sıfır Tullantı” qətnaməsinin qəbul edilməsi ilə hər il 30 Mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. Təsis edilən gün tullantı probleminə diqqət çəkərək təkrar emal vasitəsilə gələcək nəsillərə təmiz və yaşamaq üçün əlverişli planet miras qoymağı hədəfləyir.