Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər imtahan verəcək

17 fev 2023, 10:30
Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər imtahan verəcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qrafiki elan olunub.

Pressa xəbər verir ki, dövlət qulluqçularının Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri nəzərə alınaraq Mərkəz tərəfindən martın 18-də daha bir imtahanın keçirilməsi qərara alınıb. İmtahana qeydiyyat tarixləri barədə yaxın günlərdə məlumat veriləcək.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər. Verilən imtahan qrafikinə əlavə dəyişiklik nəzərdə tutulmur.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.