Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Çinin Sədri Prezident İlham Əliyevi təbrik edib

20 dek 2024, 17:24
Çinin Sədri Prezident İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Liderxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq.

Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm və iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyəli ikitərəfli münasibətləri yeni başlanğıc nöqtəsindən daha da inkişaf etdirmək üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram".