Son Xəbərlər
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Liderxeber.az
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il

Bu xidmət də pullu oldu

12 iyl 2024, 09:51
Bu xidmət də pullu oldu

Bakıda parklanma ilə bağlı SMS pullu olub.

Liderxeber.az-ın məlumatına görə, "Azparking"də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 10 qəpik ödəniş çıxılması ilə bağlı məlumatlar yayılıb. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Məlumatı sürücülər də təsdiqləyib. Onların sözlərinə görə, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az istifadə edənlər də ümumilikdə 20 qəpik ödəniş etməlidirlər.

Bəzi sürücülər isə SMS-in ödənişli olduğu üçün mobil tətbiqdən istifadə edir.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu, yalnız iki mobil operator tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil.

"Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, "Azparking" mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. "Azparking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur", - deyə qurumdan qeyd edilib.