Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Tarixi imza!

21 dek 2024, 21:27
Tarixi imza!

İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi zirvədə olan ad və soyad! 

Bütün dünyanın diqqətini Azərbaycanın lideri çəkdi, Bütün dünya liderlərinə örnəkdir Cənab İlham Əliyev. Yaxın keçmişə nəzər salsaq, Prezident İlham Əliyev, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Onun ən böyük məktəbi həyatının hər anında nümunə götürəcəyi Dahi Şəxsiyyət Heydər Əliyevin oğlu olmasındadır. İlham Əliyev, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Hər bir azərbaycanlı bir mənalı öz mövqeyini vətənə sevgi və sadiqliyi ilə ifadə edir. Mən də, sadə Azərbaycan Respublikasının vətəndaşı olaraq Yeni Azərbaycan Partiyasının (YAP) uzun illərdir ki fəal üzvü olmuşam. Bu gün istər yeni nəsil, istərsə də yaşlı nəslin nümayəndələri Cənab Prezident İlham Əliyevi sevir və dəstəkləyirlər. Sevgi əbəs yerə deyil. Hər bir Azərbaycan vətəndaşını öncəliyi olaraq düşünən ölkə başçımız var. Xalqın içində, xalqa yaxın. Vətəndaşının gözəl rifahını düşünən bir Liderin lider dövlətinin vətəndaşlarıyıq biz. Nəzər yetirsək görərik ki, vətəndaş mövqeyini üstün tutur hər zaman. Bir ailəyə başçılıq etmək, ailənin məsuliyyət və idarə etməsini təmin etmək görün nə qədər çətindir. Bir də düşünək, bir ölkəni idarə etməyin məsuliyyətini dərk etmiş olarıq. Asan deyil, ancaq Cənab Prezident üçün çətin də deyil. Hər bir azərbaycanlının sevimli lideridir Cənab İlham Əliyev. Dünya azərbaycanlılarının lideridir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalq, kimi Prezidenti, etimat etdiyi Şəxs olaraq görmək istədiyini çox yaxşı bilir. Daim xalqı ilə bir döyünən Ölkə başçısını, xalqı da ürəkdən sevərək Prezidenti seçir əlbəttə. Demokratik cəmiyyətdə, hərkəsin azad seçimi və mövqeyi var. Hər bir azərbaycanlının mütləq və qəti mövqeyini Prezident seçkilərində, vətəndaş sevgisi və seçimi ilə müşahidə edirik. Cəmiyyətdə eləbir birlik, eləbil yekdilliklə qəbul edilmiş düşüncə formalaşıb ki "Bizim yalnız bir Prezidentimiz ola bilər!" Səbəbsiz deyil, əlbəttə bütün həyatı boyu vətəni üçün çalışan, ölkəsini dünyada ən uca zirvələrə çatdıran bir Liderin, vətəndaşı, xalqı yalnız bu cür də düşünməlidir. Mən hələ körpə uşaq olanda, ailəm mənə "Sənin böyük zirvədə olan Heydər Baban var " sevgisi ilə böyüdüblər. Xatırlayıram ki, kiçik yaşlarımda televiziya kanallarında Ulu Öndər Heydər Əliyevlə bağlı xüsusi reportajları ailəm izləyərkən, məndə sevincək Heydər Babamı izləyirdim. Sevginin dərinliyi mənə böyüdükcə daha da çox vətəni üçün yaşayan qəlbin sahibini sevdirdi. Məhz Dahi Şəxsiyyət, Dahi Liderin oğlu, Cənab Prezident İlham Əliyev kimi olmalı idi! İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində isə yenə də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.Xalqın içində olan, və vətəndaşlarının rifahını düşünən və bunun üçün mühüm addımlar atan Prezident İlham Əliyev, böyükdən kiçiyə bütün azərbaycanlıların sevimli Prezidentidir. Bu gün biz azad Azərbaycanda yaşayırıq, bu gün biz verdiyi vədlərə əməl edən Prezidentin, və Azərbaycanın bu günü və sabahı üçün çalışan ölkənin vətəndaşlarınıyıq. Bəxtəvərlik məfhumunu ifadə etməyə çalışsaq, hər bir azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı olması barədə ifadə edər bu duyğunu. Güclü Lider bilirdi ki, Ona inanan, Ona güvənən Azərbaycan vətəndaşları var. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan vətəndaşlarına ünvanladığı yuxarıda xatırlatdığım müraciətində deyirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və Bəli! Belə də oldu. Ulu Öndər siyasətinin davamçısı İlham Əliyev xalqının firavanlığı yolunda çox işlər gördü. Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Hər bir azərbaycanlının Prezidenti ilham Əliyev, 30 ilə yaxın bir müddət ərzində ölkənin ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə apardı. Hər zaman sülh tərəfindən olan Ölkə başçımız, dəfələrlə sülh yolu ilə həll etmək üçün danışıqlar prosesində iştirak etdi. Sülhü, sülh sevər ölkə seçə bilərdi. Düşmən tərəfi, Azərbaycana qarşı göstərdiyi işğalçılıq və təxribatlatçılıq prinsipləri ilə, bütün dünyada nüfuzdan düşdü. Nüfuz sahibi ola da bilməzdilər. Ordumuzun güclənməsinə, peşəkar ordular sırasında yer almasına geniş şərait yaradırdı. Düşmənin silahlı təxribatlarına birdəfəlik cavabın verilməsinin zamanı çatdı.İşğaldan azadolunma tarixinin başlanğıc nöqtəsi 2020-ci il 27 sentyabr tarixinə təsadüf etdi. 44 günlük Vətən müharibəsində əldə olunan qələbədə hər kəsin öz payı var. Cənab İlham Əliyev təzyiqlərə qarşı böyük səbr və təmkin göstərirdi. Öz siyasi savadı, diplomatik təcrübəsi ilə bu təzyiqlərə cavab verirdi. Cənab Prezidentin dünyaya" Qarabağ Azərbaycandır!" Mesajı böyük rezonans doğurdu. Azərbaycan Prezidenti li öz uzaq görənliyi, bilik və bacarıqları ilə bütün hadisələrin miqyasını dərk edib dəyişdirmə gücünü Öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Artiq böyük bir qələbənin mesajı idi. Prezident İlham Əliyevin 2003-cü  ildə hakimiyyətə gələrkən ilk sözü bundan ibarət olmuşdu ki, o, bütün Azərbaycan xalqının Prezidenti olacaq. Bəli, belə də oldu! Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Cənab Prezidentin tarixi çıxışı qələbə çıxışı hər birimizin ömrünüzün sonunadək qürurla xatırlayacağımız və unutmayacağımız tarixi günlərə həkk olunmuş tarixi çıxış kimi yaddaşımızda qalacaq. Cənab Prezident çıxışı zamanı deyib : Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  biz , Sizinlə fəxr edirik! Qürur hissini həqiqi mənasında hər bir azərbaycanlı, Sizin sayənizdə hiss etdi. Sizə təşəkkür edirik güclü Liderimiz! Biz də, böyük qürur və fəxarət hissi duyuruq ki, hər bir azərbaycanlının Sizin kimi Lider Prezidenti var. Sizin dəmir yumruğunuz, və qızıl kəlimələriniz hər zaman örnək olaraq danışılacaq. Hər bir azərbaycanlı, Cənab Prezidentin ətrafında sıx toplaşır və ürəkdən dəstəkləyirik. ALLAH Ulu Öndər Heydər Əliyevlə və Zərifə Xanıma Rəhmət eləsin. Məkanı Cənnət olan Dahimizin oğlu. Biz Sizinlə fəxr edirik! Çox sağ olun ki bizim Prezidentimizsiniz!

Fərəh Quliyeva