Son Xəbərlər
Beynəlxalq astronomlar qrupu kainatda məlum olan ən böyük quruluşu - Kipu
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz
"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına
Bakı məktəblərində təhlükəli oyunla bağlı araşdırma aparılıb. Sosial şəbəkədə
5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək. Liderxeber.az məlumat
ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
Böyük Britaniya hökuməti "Apple" şirkətindən bütün dünya üzrə
banner

Azərbaycanda dələduzluq edən qadın saxlanılıb

13 fev 2023, 15:30
Azərbaycanda dələduzluq edən qadın saxlanılıb

Şirvanda dələduzluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Nəsibə Mahmudova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N.Mahmudova şəhər sakini olan altı vətəndaşın etibarından istifadə edərək, onları işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 13200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, N.Mahmudova barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər N.Mahmudovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.