Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev idmançıların və idman mütəxəssislərinin
Türkiyədə məscidlər sadəcə bir ibadət yeri deyil. Bu məscidlər həm də dünya
Azad edilən ərazilərdə ilkin səhiyyə xidmətinin təşkili üçün baş plan
Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün
Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə,
Rusiya gəmisi balıq tutmaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
banner

Neftçalanın icra başçısı səyyar qəbul keçirib

11 yan 2024, 11:07
Neftçalanın icra başçısı səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2024-cü ilin ilk səyyar qəbulunu Xol Qaraqaşlı kənd sakinləri ilə keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər  “Azərbaycan regionun supergüc dövlətinə çevrilib” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və regionda Prezident İlham Əliyevin praqmatikliyi və nüfuzu, onun rəhbərliyilə həyata keçirilən balanslı xarici siyasət, daxili ictimai-siyasi sabitlik və regional proseslərdə liderlik amili Azərbaycanın regionda supergüc dövlətə çevrilməsini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xarici dövlət strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsini, bütün xarici ölkələrlə sıx əməkdaşlığın aparılmasını, ölkəmizin regionda supergüc dövlətə çevrilməsini diqqətə çatdırıb. Ölkə başçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiteror tədbirləri zamanı ölkəmizin suverrenliyinin tam bərpa olunması, antiteror tədbirləri zamanı heç bir mülki obyektə, heç bir vətəndaşa zərər verilməməsi, 14 dekabr tarixində əsirlərimizin düşmən tərəfin əsirləri ilə azad olunması, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, yol nişanlarının quraşdırılması, daxili yolların təmiri, kənd ərazisində kitabxananın tikilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.