Son Xəbərlər
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses Bakıya gəlib. LiderXəbər xəbər
Mayın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Elm və təhsil naziri Emin Əmrullayev Baş nazir Əli Əsədovun başçılıq etdiyi
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Bankə qəsəbə sakinləri ilə növbəti
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada
Mayın 11-i gecə Yerdə maqnit qasırğası G5 gücündə ekstremal həddə çatıb.
İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə artilleriya
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin
banner

Baş prokurorun köməkçisi təqaüdə göndərilib

08 yan 2024, 14:51
Baş prokurorun köməkçisi təqaüdə göndərilib

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub.

Baş Prokurorluqdan LiderXəbər-ə verilən xəbərə görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.