Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Metronun “28 May” stansiyası yenidən qurulacaq

08 yan 2024, 12:20
Metronun “28 May” stansiyası yenidən qurulacaq

2040-cı ilədək “28 May”-”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.

LiderXəbər-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunub ki, 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

Baş planda “Bakı metropoliteni” QSC ilə bağlı əsas hədəflər də açıqlanıb.

Qeyd olunub ki, sistemdəki sərnişin sıxlığın aradan qaldırılması, tranzit təyinatlı inkişafın nəzərə alınması və təşviqi, şəbəkənin sürətlə inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir.

Baş planın “Gələcək İnkişaf 2027” bəndində isə qeyd olunur ki, metronun əhatə dairəsinin genişləndirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal“ hissəsinin, “B-03“ və “B-04“ stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül“ elektrik deposunun, “Y-03“, “Y-02“ “Y-14“ və “Y-15“ stansiyalarının tikintisi, dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması, qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi, birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması nəzərdə tutulur.