Son Xəbərlər
Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racup Beynəlxalq Futbol
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus
Faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər.az-a
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə
Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə
Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və
banner

Azərbaycanda bir həftəlik bayram tətili başlayıb

31 dek 2023, 09:36
Azərbaycanda bir həftəlik bayram tətili başlayıb

Azərbaycanda bir həftəlik bayram tətili başlayıb.

LiderXəbər xəbər verir ki, Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Əmək Məcəlləsinə əsasən, bu il 31 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bazar gününə təsadüf etdiyi üçün 2024-cü il 3 yanvar qeyri-iş günü olacaq. Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

2024-cü ilin 7 yanvarı isə iş günü olacaq.