Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Məhkəmə sənədləri "Elektron kabinet" vasitəsilə təqdim ediləcək

29 dek 2023, 17:30
Məhkəmə sənədləri "Elektron kabinet" vasitəsilə təqdim ediləcək

Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə təqdim ediləcək.

LiderXəbər xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, 2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə informasiya sistemi”ndə “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri - vəkillərə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.