Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başlayıb

28 dek 2023, 16:53
Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başlayıb

Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” bu il də Azərbaycanda səfərdədir. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin bayram sevincinə həyəcan qatır.

Karvan 25 dekabr Gəncə, 26 dekabr Qəbələ, 27 dekabr İsmayıllı, 28 dekabr Lənəkran şəhərlərinə səfər edib. Karvanın növbəti dayanacaqları Sumqayıt və Bakı şəhərləri olacaq. Belə ki, Karvan 29 dekabr Sumqayıt, 30 dekabr Bakı şəhər sakinlərinin görüşünə gələcək.

Coca‑Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin bu il Yeni İlə həsr edilən kampaniyasının əsas mövzusu xeyirxahlıqdır: “Hər il olduğu kimi bu il də Coca-Cola Yeni İl Karvanı ilə insanlara xoşbəxt anlar bəxş edir. Yeni İl Karvanı ilə insanlara xeyirxahlıq mesajını yenidən xatırladır. İnanırıq ki, Karvan insanlara xoş anlar, əyləncə, sevinc bəxş edəcək. Fürsətdən istifadə edib Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə də təbrik edirəm”.

Bildirək ki, Coca‑Cola-nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. Coca-Cola “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.

Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və  uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır və şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.