Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Ulu Öndərin 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

28 dek 2023, 13:42
Ulu Öndərin 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

İnstitutun əməkdaşları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak ediblər.
 
LiderXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin aqrar siyasəti və irsi gənclərimiz üçün bir xəzinədir” mövzusunda elmi-praktiki konfrans keçirilib. 
 
Elmi-praktiki konfransı ÜŞETİ-nin direktoru Vüqar Səlimov açaraq, iştirakçıları salamlayıb və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra V.Səlimov “Azərbaycanda üzümçülüyün inkişafının qızıl dövrü Ulu Öndər H.Əliyevin adı ilə bağlıdır” təqdimatı ilə çıxış edib. 
 
Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ), Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, ÜŞETİ-nin əməkdaşları, institutun "Gənc Alimlər Təşkilatının" üzvləri, 2 saylı orta məktəbin müəllim və şagird heyəti və s. iştirak ediblər.
 
Konfransda ƏETİ-nin əməkdaşları a.e.ü.e.d dosent Yasin Kərimov və b.e.ü.f.d Mehdi Mehdiyev çıxış edərək, Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən danışıblar.