Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

FHN sürücü vəzifəsinə işə qəbul elan edib

26 dek 2023, 10:37
FHN sürücü vəzifəsinə işə qəbul elan edib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

FHN-dən LiderXəbər-ə verilən xəbərə görə, işə qəbulla bağlı müsabiqədə Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 10.01.2024-cü il tarixinədək tamam olmayan, boyu 170sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən​ Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq işə qəbul formasını doldurub [email protected] elektron poçt ünvanına göndərməlidirlər:

Əlavə məlumat üçün (012) 512-08-91, (012) 512-08-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.