Son Xəbərlər
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın,
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
banner

“Coca-Cola İçecek” şirkəti beynəlxalq sertifikata layiq görülüb

25 dek 2023, 17:09
“Coca-Cola İçecek” şirkəti beynəlxalq sertifikata layiq görülüb

“Coca-Cola İçecek” (CCİ) şirkəti qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq sertifikata layiq görülüb.

Şirkət eyni vəzifəni icra edən qadın və kişi əməkdaşlarına bərabər əməkhaqqı təklif etdiyi üçün beynəlxalq “Bərabər Əməkhaqqı Sertifikatı” ilə təltif edilib.  CCİ, Coca-Cola Sistemində bu sertifikata sahib ilk istehsalçı şirkət olmaqla yanaşı, Türkiyədə fəaliyyət göstərən ilk qlobal sertifikatlı beynəlxalq şirkət və Özbəkistan, İraq, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Tacikistanda həmin sertifikata layiq görülən yeganə şirkətdir.

CCİ 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyası çərçivəsində sertifikatlaşdırma üçün könüllü müraciət edib. Müraciət əsasında Bərabər Əməkhaqqı Fondunun (www.equalsalary.org) və PricewaterhouseCoopers (PwC) şirkətinin mütəxəssisləri audit apararaq şirkəti "Bərabər Əməkhaqqı Sertifikatı"na layiq görüblər.

CCİ Azərbaycanın baş direktoru Rəna Məmmədova bildirib ki, bu, CCİ-in Dayanıqlı İnkişaf öhdəliklərinə çatmaq yolunda mühüm nailiyyətdir və CCİ-in “Müxtəliflik və İnklüzivlik” prinsipinə sadiqliyinin sübutudur: “Bu sertifikat CCİ-in iş yerlərində kişilər və qadınlar üçün bərabər imkanların yaradılmasına ayırdığı diqqətin dünya səviyyəsində tanınmasının göstəricisidir. Biz fəxr edirik ki, “Coca-Cola İçecek” Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə görə mükafatlandırılan ilk şirkət oldu”.

Qeyd edək ki, “Coca-Cola İçecek” Avrasiya regionunun 11 ölkəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Coca-Cola şirkətinin qazlı və qazsız içkilərini istehsal edən CCİ-in 10 mindən çox əməkdaşı, 30 qablaşdırma və 3 meyvə emalı zavodu var.

Azərbaycan bazarına 1996-cı ildə daxil olan CCİ  hazırda Sulutəpədəki müasir istehsal zavodu vasitəsilə 10 milyondan çox istehlakçıya qürurla xidmət edir və hazırda zavodda 400-ə yaxın yerli mütəxəssis fəaliyyət göstərir.