Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb

25 dek 2023, 14:16
Azyaşlı üzərində icra edilən torakal cərrahiyyə əməliyyatı uğurla başa çatıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin nəzarəti altında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ilk dəfə olaraq azyaşlı üzərində torakal cərrahiyyə əməliyyatı icra edilib.

LiderXəbər xəbər verir ki, tibb müəssisəsinə yerləşdirilən 2 yaş 3 aylıq uşaq üzərində ağciyərlərin pnevmoniyası sonrası destruktiv dəyişiklik və ağciyər absesi səbəbilə mürəkkəb əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı nekroza uğramış orta və alt paylar, üst payın nekrotik hissəsi çıxarılıb, ağciyər üst payda olan bronx açıqlığı ləğv edilib.

Əməliyyatı tibb müəssisəsinin uzman uşaq cərrahı Anar Cəfərov, uşaq anestezioloqu Könül Namazova, Kliniki Tibbi Mərkəzdən dəvət olunan uzman uşaq cərrahları Anar Qurbanov və Aynur Qurbanova birlikdə icra ediblər.

Artıq körpə süni tənəffüs aparatından ayrılıb, hazırda həkim müşahidəsi altındadır, vəziyyəti stabildir.