Azərbaycana qış gəlib

22 dek 2023, 09:13
Azərbaycana qış gəlib

Azərbaycanda qış fəsli başlayıb.

LiderXəbər Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, qış fəsli 22 dekabr saat 07:27-də Azərbaycana daxil olub.

Qeyd edək ki, Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.