Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

14 dek 2023, 17:21
Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı dekabr ayı üçün rayonun Şorkənd, Dördlər və Ballıcallı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Cəngan və Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələri çıxış edərək Şorkənd, Dördlər və Ballıcallı kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər  “Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar Lider olaraq xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən xalqın təkidləri ilə siyasi hakimiyyətə gəlişi, Ümummilli lider Heydər Əliyevin qardaş qırğının, siyasi hərcli-mərcliyin qarşısının alınması və ölkəmizi məhf olmaq təhlükəsindən xilas etməsi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi misilsiz xidmətləri, uzaqgörən siyasəti, ordumuzun güclənməsi, ölkəmizin regionda söz sahibinə çevirən dövlət olması Ulu Öndər Heydər Əliyevin laiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, Cəngan kənd tam orta məktəbinin təmir olunması, subsidiyalar və əkinlərin bəyan olunması ilə əlaqədar öncədən maarifləndirmənin aparılması, kəndarası suvarma kanalının lildən təmizlənməsi, kənd ərazisində su bulaqlarının sayının artırılması, kənddaxili yolların çəkilməsi, telekomunikasiya xətlərinin yenilənməsi, kənd ərazisində seçki məntəqəsinin olmaması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.