Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Sabiq baş həkimə hökm oxunub

12 dek 2023, 17:04
Sabiq baş həkimə hökm oxunub

Sumqayıt şəhər məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Sumqayıt 2 saylı şəhər xəstəxanasının sabiq baş həkimi Ramiz Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

LiderXəbər xəbər verir ki, Sumqayıt şəhər məhkəməsinin hakimi Rövşən Xəlilovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə islah işlərinə cəlb edilib.

İttihama görə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Publik Hüquqi şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının baş həkimi işləmiş Həmzəyev Ramiz Şahverdi oğlu vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla səlahiyyətlərindən su istifafə etmiş, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib. Belə ki, o əlillik dərəcəsi almaq üçün müraciət etmiş şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif diaqnozlar qeyd edilməklə saxta sənədlər vermişdir. Bununla da o, Azırbaycan Respublikası CM-nin 308.1-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 01.12.2023-cü il tarixli hökmünə əsasən qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Əlavə olaraq qeyd olunur ki, o CM-nin 313-cü maddəsinə əsasən təqsirli bilinmiş, lakin barəsində başlanmış cinayət işi üzrə işə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyinə görə xitam verilmişdir.