Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıtdıqlarının şahidi oluruq

11 dek 2023, 09:25
Hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıtdıqlarının şahidi oluruq

Vətən Müharibəsində Ölkəmizin Ermənistan üzərindəki şanlı Qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu tarixi Zəfər, həm də Dövlətimizin qarşısında  nəhəng vəzifələr qoydu.

Artıq üç ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə iri infrastruktur layihələrin reallaşdrılması ilə yanaşı, keçmiş məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşması da təmin edilir. Məlum olduğu kimi, I Qarabağ müharibəsi nəticəsində bir milyona yaxın soydaşımız işğalın qurbanı olub, onlar məcburi şəkildə evlərindən köçürülərək, köçkün vəziyyətində yaşamağa məhkum olmuşlar. 30 ilə yaxın müddətdə  düşmən şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi, tarixi-mədəni abidələrimizi talan edərək, dağıtmışdır.

Artıq üç ildir ki, ərazi bütövlüyümüz bərpa edilib. Bu müddətdə məcburi köçkün ailələri ilə keçirilən çoxsaylı görüşlərdə onlar hamılıqla doğma şəhər və kəndlərinə qayıdışla bağlı böyük istək ifadə etmişlər. Biz demək olar ki, hər gün onlarla məcburi köçkün ailəsinin öz doğma torpaqlarına qayıtdıqlarının şahidi oluruq. 

Onların bu arzusunu Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırır. Bu günlərdə ADA Universitetində  Müzəffər Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə həmin universitetin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bir çox məsələlərlə yanaşı bu mövzu ətrafında da ətraflı söhbət açıldı. Dünyanın məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu forum qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə əlverilşi imkan yaratdı. Dövlətimizin başçısının forumdakı çıxışı, ona ünvanlanmış sualları cavablandırması, 30 il ərzində baş verənlərə aydınlıq gətirməsi, həm forum iştirakçları, həm də beynəlxaıq ictimaiyyətin nüyəndələri üçün böyük maraq doğurmuşdur.

Bu gün Ölkəmiz ən müasir, beşinci nəsil adlandırılan müharibəni aparmış, ardınca böyük quruculuq konsepsiyası qəbul etmiş dövlət olaraq hansı qüdrətə, gücə malik olduğunu aydın nümayiş etdirir. İnanırıq ki, ən yaxın illərdə bütün işğaldan azad edilmiş ərazilərimizdə isti ocaqlar qurulacaq, bütün məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına dönəcəklər. 

Mürsəl Qafarov
Neftçala rayon ağsaqqalı