Naxçıvan MR-in iqtisadiyyat naziri vəzifəsindən azad olunub - EKSKLÜZİV

08 dek 2023, 16:30
Naxçıvan MR-in iqtisadiyyat naziri vəzifəsindən azad olunub - EKSKLÜZİV

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.

LiderXəbər-in əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.