Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Qızılca zamanı buna mütləq diqqət edilməlidir!

06 dek 2023, 16:53
Qızılca zamanı buna mütləq diqqət edilməlidir!

“Qızılca zamanı bakteriyalı fəsadlar yaranarsa, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan antibiotik tövsiyə olunmur”.

LiderXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov hazırda kütləvi yoluxma halları müşahidə edilən qızılca xəstəliyi ilə bağlı danışarkən bildirib.

Həkim qeyd edib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

T.Eyvazov vurğulayıb ki, qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

Nazirlik rəsmisi qızılcaya qarşı peyvəndlə bağlı yaranan suala da aydınlıq gətirib:

“Ümumiyyətlə, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər yoluxsalar da, xəstəliyi yüngül keçirirlər və ciddi fəsadlar müşahidə edilmir. I doza peyvənd 95 %, II doza isə 95 %-dən yuxarı qoruyur.

Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir”.