Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Qızılcaya yoluxanların antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirilib

06 dek 2023, 15:50
Qızılcaya yoluxanların antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirilib

Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.

LiderXəbər xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

“Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur”, - o qeyd edib.

Həkim deyib ki, qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

Virusa yoluxan şəxslərin A vitaminini qəbulu məsələsinə gəldikdə isə, Təyyar Eyvazov qeyd edib ki, milli təqvim peyvəndində də qızılcaya yoluxmuş şəxslərə A peyvəndinin verilməsi tövsiyə olunur:

“Buna görə virusa yoluxan və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsində A vitaminindən istifadə oluna bilər. Eyni zamanda, qızılcaya yoluxmuş şəxsin yüksək temperaturu varsa, "Parasetamol" dərmanı içə bilər. Temperaturun aşağı salınması üçün qızdırmasalıcı dərmanlardan istifadə bütün infeksion xəstəliklərə tövsiyə edilir”.

Həkim xatırladıb ki, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər xəstələnsələr də yüngül keçirirlər və ciddi fəsadlar özünü göstərmir:

"Müasir dövrdə bir sıra infeksiyaları idarə edə bilirik. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Bu gün qarşılaşdığımız hal validynlərin vaxtında uşaqlarını qızılcaya qarşı peyvənd etdirməməyinin nəticəsidir. Qeyd edim ki, koronavirus pandemiyası dövründə də peyvəndə qarşı əks təbliğat gedirdi. Bu, yolverilməzdir. Peyvənd ölümlərin qarşısını alır. Buna görə gec olmadan valdeynlərə uşaqlarını peyvənd etdirməyə çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir".