Son Xəbərlər
Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər
Bu ilin birinci rübündə Azərbaycanın Koreya Respublikası ilə ticarət
Həkimlər maraqlı araşdırma aparıblar. Onlar təkrar qızdırıldıqda insan
Türkiyəli aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk Azərbaycana
Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru Nicat Mirzəzadə Azərbaycan
Ağdamda 12 yaşlı uşağı ilan sancıb. LiderXəbər-in Qarabağ bürosu xəbər verir
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası
Mayın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti
banner

Uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı VACİB MÜRACİƏT - 10 yaşa qədər...

05 dek 2023, 17:42
Uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı VACİB MÜRACİƏT - 10 yaşa qədər...

Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası lə bağlı valideynlərə çağırış edib.

Nazirlikdən LiderXəbər-ə bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.

Bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur.