Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Prezident İlham Əliyev: Azərbaycan əsgəri və zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərib

08 noy 2023, 17:30
Prezident İlham Əliyev: Azərbaycan əsgəri və zabiti 44 gün ərzində döyüş meydanında əsl qəhrəmanlıq göstərib

Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq.

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib.

Düşmən ordusunun Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşdüyünü, onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərarinin olduğunu deyən dövlət başçısı qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.