Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

08 noy 2023, 12:19
8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

Bu gün Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrindən birini - Zəfər Gününü qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin, rəşadətli ordumuzun, xalqın yenilməz iradəsinin və yekdilliyinin ifadəsi olan Zəfər zirvəsinə gedən yol, çox uzun, həm də çətin oldu. Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətində olmaqla yanaşı, düşmənin xarici havadarları ilə də mübarizə aparmalı oldu. 28 il ərzində haqq səsini ucaltdı, ədalətli mövqeyindən bir an olsa belə geri addım atmadı, əsrlərdən bəri bizə dədə-babalarımızdan miras qalmış müqəddəs torpaqlara öz halal haqqını sübut etdi.

Ötən əsrin 80-cı illərin sonları-90-cı illərin əvvəllərindən etibarən işğalçı Ermənistan Azərbaycanın tarixi, hüquqi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməyə başladı. Öz müqəddaratını həll etmək hüququ arxasında pərdələnərək, “Dağlıq Qarabağ”a müstəqillik və ya Ermənistana birləşmək xülyasına düşdülər. Həmin dövrdə yaranmış vəziyyətdən, beynəlxalq dəstəkdən və Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etməyə nail oldu. İşğal olunmuş ərazilər o dövrdəki “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin ərazisindən xeyli kənara çıxmışdı. Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı Ermənistandan və Qarabağdan-öz doğma yurd-yuvasından didərgin düşmüşdü. Dünya ictimaiyyətinin gözü önündə baş verən bu qəddarlıq,  erməni fitnəkarlığı nəinki qınanıldı, əksinə onları hər vasitə ilə dəstəkləyənlər də oldu. BMT-nin erməni işğalını əks etdirən 4 qətnaməsi 30 ilə yaxın müddətdə yalnız kağız üzərində qaldı. Beynəlxalq “sülhyaradıcı” missiyalar isə münaqişəni həll etmək əvəzinə, onu uzatmaqla öz işlərini bitmiş hesab etdilər. Sülh danışıqlarının yalnız baş qatmaq və müddəti uzatmaq məqsədi daşıdığına tam şəkildə əmin olan Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün haqq savaşına qalxdı. Azərbaycanın haqq mübarizəsinin ifadəsi olan və 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi Ölkə başçısı cənab İlham Əliyevin və xalqımızın ən düzgün seçimi idi. Əslində dünya siyasəti bizim üçün başqa yol da qoymamışdı, bizim bircə yolumuz qalırdı-nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etmək. Qüdrətli Azərbaycan Ordusunun yeni erməni fitnəkarlığına və işğalçılıq iddialarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğalda olan bütün torpaqlarımız azad olundu.

44 gün sürən hərbi əməliyyatlar zamanı “Ermənistan ordusu” şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Qeyd etmək istəyirəm ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbrəlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin Zəfər yürüşü siyasi müstəvidə də qələbəmizlə başa çatdı. Azərbaycan 30 ilə yaxın Ermənistan işğalında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi öz gücü, qüdrərti hesabına bərpa etdi. Xalqımızın öz Lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı Xalqımızın Zəfər tarixi böyük yoldur-Ulu Öndər Heydər Əliyevdən başlayıb onun müdrik siyasətinin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən, xalqımızın çoxəsrlik ümdə arzularını gerçəkləşdirən bir yol!.

Bu yolun qürurlu qələbə nəticəsinə nəzər saldıqda müdrik atanın arzularının, ata vəsiyyətinin, ata ocağının, ata məktəbinin istedadlı yetirməsi və qətiyyətli davamçısı, oğul tərəfindən məharətlə həyata keçirilməsinin şahidi oluruq. Zəfər tariximiz həm də ata vəsiyyətinin reallaşdırılması günüdür. Bu günü hər bir azərbaycanlı böyük qürur hissi ilə qeyd edir. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, “Biz hökmən Qarabağa qayıdacağıq!” deyərək, Ulu Öndərin böyük arzularını möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız böyük iradə, siyasi və hərbi ustalıqla reallaşdırdı. Zəfərimizin təmin olunmasında ən böyük pay rəşadətli Azərbaycan Ordusuna məxsusdur. Zəfərimizi təmin edən qəhrəman Vətən oğulları öz qanları hesabına tarix yazdılar. Üç min nəfərdən çox igid oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda “Vətən sağ olsun!” deyərək öz canlarından keçdilər. Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıya böyük sevinc və milli qürur hisləri yaşatdı-Biz qalib xalqıq!. Bəli, 2020-ci ilin 8 noyabr tarixi-Şuşa şəhərinin işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı.

44 gün davam edən Vətən Müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın Zəfəri ilə başa çatdı. Azərbaycanın iqtisadi gücü, xalqımızın əzmi və iradəsi, müasir ordu quruculuğu və xalq iqtidar birliyi Ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu. Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün Qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Bu gün Azərbaycanın şanlı üç rəngli Dövlət Bayrağı bütün işğaldan azad edilmiş rayonlarımızda dalğalanmaqdadır. Bu hal çox qürurverici haldır. Bizlərə bu Zəfəri yaşadan, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəman oğul və qardaşlarımızın əziz xatirələri daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəlik qətiyyəti və siyasi müdrikliyi sayəsində bütövlüyümüzə nail olduğumuz tarix, şanlı günümüz-Zəfər Günümüz mübarək!

Filarə İsmayılova;
Neftçala rayonu, Vətən Müharibəsi Qəhrəmanı anası