Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Tokio Universitetinin alimləri buzun yeni formasını - "0 buz"u kəşf
"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən
Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan
XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar, həqiqətən
"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər.
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
banner

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçiriləcək

06 noy 2023, 09:12
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçiriləcək

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

LiderXəbər xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün cinayət işi üzrə məhkəmə istintaqın başa çatacağı və prokurorun təqsirləndirilən şəxsə cəza tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.