Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

04 noy 2023, 11:30
FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

LiderXəbər xəbər verir ki, müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir. Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.

Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq".