Neftçalada şəhidlərimizin əziz xatirəsi anılıb

03 noy 2023, 09:33
Neftçalada şəhidlərimizin əziz xatirəsi anılıb

Neftçala rayonunda şəhid Cəfərov Xəzər Qabil oğlunun və Abuşov Habil Qulam oğlunun 40 mərasimi keçirilib, məzarı ziyarət olunub.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Cəfərov Xəzər Qabil oğlunun və Qazaxbərəsi kəndində anadan olan Abuşov Habil Qulam oğlıunun 40 mərasimi keçirilib, məzarı ziyarət olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidlərin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu Cəfərov Xəzər Qabil oğlu 17 iyul 1991-ci ildə Neftçala şəhərində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Cəfərov Xəzər Qabil oğlu 22 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və "Xocəvəndin azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı və Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə nazirinin 0173t №-li 26 iyun 2021-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə Cəfərov Xəzər ölümündən öncə təltif edilib.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abuşov Habil Qulam oğlu 28 iyun 2004- cü ildə Neftçala rayonunun Qazaxbərəsi kəndində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Abuşov Habil Qulam oğlu 23 sentyabr 2023-cü il tarixində Neftçala rayonu Qazaxbərəsi kənd qəbiristanlığında dəfn olunub.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.