Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Qeyri-iş günləri ilə əlaqədar dərslərin tarixləri dəqiqləşib

01 noy 2023, 18:01
Qeyri-iş günləri ilə əlaqədar dərslərin tarixləri dəqiqləşib

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

Elm və Təhsil Nazirliyindən LiderXəbər-ə verilən xəbərə görə, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. 11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.