Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

31 okt 2023, 12:30
Qərbi azərbaycanlıların şəxsiyyət vəsiqələrində doğulduqları yerlərin tarixi adları yazılacaq

Bu gün "ASAN Xidmət" xətti ilə Qərbi Azərbaycandan olan şəxslərə şəxsiyyət vəsiqələri veriləndə onların doğulduqları şəhər və rayonların tarixi adları yazılacaq.

LiderXəbər xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

"Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq", - icma sədri vurğulayıb.