Son Xəbərlər
Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Tibb Mərkəzinin birgə
Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə
Mayın 14-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə
Sabah güclü külək olacaq. Pressa.az xəbər verir ki, bu barədə Ekologiya və
Sabah güclü külək olacaq. LiderXəbər.az xəbər verir ki, bu barədə Ekologiya və
banner

Neftçalada şəhidlərin anım mərasimi keçirilib

31 okt 2023, 08:38
Neftçalada şəhidlərin anım mərasimi keçirilib

Neftçala rayonunda şəhid Əliyev Sərxan Rabil oğlunun, şəhid Xankişiyev Elşən Elşad oğlunun və Səmədov Camal Vüqar oğlunun 40 mərasimləri keçirilib və məzarları ziyarət olunub.
 
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu  Əliyev Sərxan Rabil oğlunun, Xankişiyev Elşən Elşad oğlunun və Xol Qarabucaq kəndində anadan olan Səmədov Camal Vüqar oğlunun 40 mərasimləri keçirilib və məzarları ziyarət olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidlərin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
 
Mərasimdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildiribki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində ordumuz qələbə qazandı və bu qələbənin davamı olaraq 19- 20 sentyabr tarixlərində aparılan lokal antiterror tədbirləri ilə işğaldan azad olunan torpaqlarımızdakı terrorçulardan təmizləyiblər. Xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndidə və Xocalıda bayrağımızı qaldırmasını iftixar və qürur hissi ilə izlədiyini qeyd edib. RİH-in başçısı şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. 
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlu 12 sentyabr 2003-cü ildə Neftçala şəhərində kəndində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Əliyev Sərxan Rabil oğlu 20 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu Xankişiyev Elşən Elşad oğlu 23 iyun 2000-ci ildə Neftçala şəhərində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Xankişiyev Elşən Elşad oğlu 21 sentyabr 2023-cü il tarixində Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 21.04.2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalı ilə ölümündən öncə təltif edilib.
 
Azərbaycan Ordusunun hərbi qulluqçusu Səmədov Camal Vüqar oğlu 11 iyul 1991-ci ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub və keçirilən antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Səmədov Camal Vüqar oğlu 21 sentyabr 2023-cü il tarixində Neftçala rayonu Xol Qarabucaq kənd qəbiristanlığında dəfn olunub.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.