Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Azərbaycan və Türkiyə mütəxəssisləri təbii fəlakətlərlə bağlı müzakirə aparacaqlar

30 okt 2023, 17:36
Azərbaycan və Türkiyə mütəxəssisləri təbii fəlakətlərlə bağlı müzakirə aparacaqlar

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti İşləri üzrə Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-dən LiderXəbər-ə verilən xəbərə görə, görüşdə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti işləri üzrə Baş İdarəsinin rəhbərinin müavini İsmayil Tuna Cebecioğlu və hər iki qurumun mütəxəssisləri iştirak edib.

Ötən il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”un icrası planına uyğun olaraq həyata keçirilən görüş zamanı Türkiyənin tikintiyə nəzarət və sınaq-yoxlama işləri sahəsində uğurla tətbiq olunan Elektron Beton İzləmə Sistemi (EBİS), onun təyinatı, iş prinsipi, komponentləri ilə bağlı təqdimatlar edilib, sistemin özəllikləri və sınaq laboratoriyalarında tətbiq edilmə şərtləri barədə məlumat verilib. Həmçinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun sınaq laboratoriyaları tərəfindən betonun müxtəlif xassələrinin təyin edilməsi istiqamətində həyata keçirilən işlər, EBİS sisteminin yerli şəraitlərə uyğunlaşdırılması imkanları, inşaat materiallarından nümunələrin götürülməsi və sınaq prosedurları barədə söz açılıb, sistemin yerli laboratoriyalarda təşkili ilə bağlı texniki məsələlərə toxunulub. Bununla əlaqədar praktiki çalışmaların aparılmasına dair razılıq əldə olunub.

Bundan başqa, iki gün davam edəcək səfər çərçivəsində Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə təbii fəlakətlərin miqyası və nəticələrinin qiymətləndirilməsi, qiymətləndirmə və hesablama metodikasının hazırlanması, zərər dəymiş binaların gücləndirilməsi və bununla əlaqəli mövzular üzrə təqdimatlar ediləcək, fikir mübadiləsi aparılacaq.