-->
Son Xəbərlər
"Keşlə bazarı" kimi tanınan ticarət mərkəzi ilə yanaşı, həmin
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los
Bakı metrosunun 2030-cu ilə qədər inkişaf proqramına əsasən, 10 yeni
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Liderxeber.az
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi
Kaliforniyanın cənubunda baş verən meşə yanğınları nəticəsində dəyən iqtisadi
Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universiteti (SDU) ilə
2024-cü ildə Bakıda daşınmış 476 milyon sərnişinin 77,5 %-i ödənişi nağdsız
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1
banner

Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

27 okt 2023, 12:25
Azərbaycanda ötən il 8 mindən çox şəxs onkoloji xəstəlikdən vəfat edib

2022-ci ildə 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib.

LiderXəbər xəbər verir ki, bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb.

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib ki, Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib:

“Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik”.

O qeyd edib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış onkoloji xəstəlik növlərindən biridir:

"Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir".

"Diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır".

O əlavə edib ki, rayonlarda maarifləndirmə proqramları işlənib hazırlanır və tədris mərkəzilərinə göndərilir.

Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva isə deyib ki, onkoloji xəstəliklərlə bağlı ölkəmizdə hələ də gec mərhələdə müraciət sayı çoxdur.

"Xəstəliyin diaqnostikası ilə bağlı ölkəmizdə problemlər var. Genetik müayinələrin aparılmasına ehtiyac var". - deyə o qeyd edib.

Kimya terapiyadakı çatışmazlıqlarla bağlı danışan Həqiqət Vəliyeva deyib ki, ölkəmizdə digər ölkələrlə müqayisədə az sayda xəstəyə port qoyulur.