Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Müdafiə Nazirliyi atəş hazırlığı üzrə məşğələlər keçirib

04 fev 2023, 12:34
Müdafiə Nazirliyi atəş hazırlığı üzrə məşğələlər keçirib

Quru Qoşunlarının 2023-cü il üzrə döyüş hazırlığı planına uyğun olaraq, atıcı silahlar və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

LiderXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, atışdan qabaq şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə məşğələlər keçirilib.

Atışın şərtləri ilə tanış olduqdan sonra müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular təlim sahələrində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi və şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət şəxsi heyətin düzgün nişanalma qaydalarına əməl etməklə hədəfləri dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasına yönəldilib.