Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Azərbaycanla Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

25 okt 2023, 10:30
Azərbaycanla Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib.

Bu barədə LiderXəbər Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin tarixi, strukturu və təhsil səviyyəsinin təşkili haqqında brifinq təqdim olunub.

Daha sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Hərbi İdarəetmə İnstitunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Sonda birgə xatirə fotosu çəkdirilib.