Son Xəbərlər
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax

Muxtar Babayev: "Söyüdlüdə götürülən nümunələrdə metalların göstəricisi normadan yüksəkdir"

28 sen 2023, 12:53
Muxtar Babayev: "Söyüdlüdə götürülən nümunələrdə metalların göstəricisi normadan yüksəkdir"

Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan 18 nümunə götürülüb.

LiderXəbər xəbər verir ki, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" beynəlxalq monitorinq şirkətinin kənddə tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı zamanı kənd sakinləri ilə görüşdə deyib.

Nazir bildirib ki, monitorinq zamanı codluq və bulanıqlılıq, həmçinin ağır metalların normadan yüksək olduğu aşkarlanıb.

M.Babayevin sözlərinə görə, həmçinin 32 nöqtədə torpaqdan 32 nümunə götürülüb ki, burada göstəricilər norma daxilində olub. Lakin ağır metalların göstəricisi yüksəkdir. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb. Torpaqda ağır metalların tərkibinin çox olması filizləşmə zonası ilə xarakterizə edilir".