Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Daha 21 yeni benefisiar Qarabağ “DOST Evi”nə qəbul edildi - Fotolar

17 dek 2025, 17:48
Daha 21 yeni benefisiar Qarabağ “DOST Evi”nə qəbul edildi - Fotolar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib.

Liderxeber.az xəbər verir ki, Qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.

Onlar Qarabağ “DOST Evi”ndə təsviri incəsənət, floristika, xalçaçılıq və musiqi istiqamətləri üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirəcəklər. Bununla da müəssisədə xidmətlərdən yararlanan benefisiarların sayı 72 nəfərə çatıb.

Qarabağ “DOST Evi”ndə həmçinin kulinariya, toxuma, tikmə və bədii oyma üzrə üzrə təlimlər də keçirilir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim müddətini uğurla tamamlayan 4 benefisiar hazırda şöbədə təlimçi kimi fəaliyyətini davam etdirir.

Müəssisə Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq potensiallarını inkişaf etdirməsinə dəstək göstərir.

Bölgənin bu kateqoriyadan olan sakinləri DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək Qarabağ “DOST Evi”nin xidmətlərindən faydalanmaq üçün qeydiyyata alına bilərlər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəsmi sosial media hesabları və "142" Çağrı Mərkəzinə müraciət edərək əlavə məlumat almaq mümkündür.