Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

17 dek 2025, 10:39
Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.

Liderxeber.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində onun barəsində xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.

Müəyyən edilib ki, 31 yaşlı İ.İsmayılova “Facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist xanım”,  “Tülkügöz” və digər saxta istifadəçi adlar, profil və hesablar yaradıb. O bu hesablarda kütləvi nümayiş etdirməklə vəkil Nemət Kərimli və onun qohumlarının ünvanına təhqirlər yazıb.

Həmçinin məlum olub ki, onunla vəkil arasında reallıqda heç bir mübahisə və ya münaqişə baş verməyib. İ.İsmayılova başqa şəxslərdən eşitdiyi hansısa informasiya əsasında belə addım atdığını deyib.

Bundan başqa qeyd edilib ki, jurnalist bu ilin iyul ayında da oxşar əməllərə görə 6 aylıq həbs edilib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İ.İsmayılovaya bu dəfə 4 ay həbs cəzası verilib. Onun vaxtı başa çatmamış cəzası ilə yeni cəzası birləşdirilərək qəti olaraq 8 ay həbsə məhkum edilib.

Qeyd edək ki, İ.İsmayılova daha əvvəl bir sıra saytlarda jurnalist kimi çalışıb.