Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Vatsapa yeni funksiyalar əlavə edildi

17 dek 2025, 08:44
Vatsapa yeni funksiyalar əlavə edildi

Vatsap mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.

Liderxeber.az xəbər verir ki, yeniliklər buraxılmış zənglər üçün səsli və videomesaj buraxmaq imkanı, qrup zənglərində emoji reaksiyaları, “Status” bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin yenilənməsini əhatə edir.

İstifadəçi zəngə cavab vermədikdə zəng edən şəxs birbaşa çat vasitəsilə qısa səsli və ya videomesaj göndərə biləcək.

Qrup səsli zənglərində emoji reaksiyaları danışanın nitqini kəsmədən münasibət bildirməyə imkan verir, videozənglərdə isə aktiv danışan avtomatik ön plana çıxarılır.

Bundan əlavə, süni intellekt alətləri təkmilləşdirilib: mətn sorğuları əsasında daha detallı şəkillər yaratmaq və paylaşılan görüntüləri qısa animasiyaya çevirmək mümkündür. “Status” bölməsinə əlavə edilən emoji və sual stikerlərinə göndərilən cavablar yalnız status müəllifinə görünür və “Aktivlik” bölməsində idarə olunur. Oxşar funksiya kanallarda da tətbiq edilib.

Şirkətin məlumatına görə, yeni funksiyalar iOS, Android və masaüstü platformalarda mərhələli şəkildə istifadəyə verilir və onların əlçatanlığı istifadəçinin cihazı və bölgəsindən asılıdır.