Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

“Gənclər apteklərdən narkotik maddə alıb çəkir” - Yenilənib

16 dek 2025, 15:23
“Gənclər apteklərdən narkotik maddə alıb çəkir” - Yenilənib

“Gənclər nəinki siqaret, həm də apteklərdən narkotik maddə alıb çəkir”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Nəzarət eləmək olmur. Gərək biz hamılıqla bu məsələyə nəzarət edək. Ən vacib məsələ, bu qanunun yerinə yetirilməsi üçün mexanizm olsun”, - deyə millət vəkili qeyd edib.  

***

Komitə sədri Musa Quliyev bildirib ki, tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında qanunlar var: “Bunlar kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, təəssüf ki, onun işləməsi haqqında o sözləri deyə bilmirik.

Qanun qəbul olunandan xeyli vaxt sonra, xüsusilə tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir. Qanunun işləməsinə nəzarət edilən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Təəssüf ki, bizim hətta məktəblərin lap yaxınlığında da siqarət köşkləri qoyulub, siqarətlər satılır, hətta ədəd-ədəd, dənə-dənə satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar”.