Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edildi - Fotolar

16 dek 2025, 13:40
Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edildi - Fotolar

Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan dəmir yolu nəqliyyatı işçiləri və Bakı Metropoliteninin əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 9 nəfər “Tərəqqi” medalına layiq görülüb.