Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Azərbaycandan ABŞ-yə - Dünyasəviyyəli sənətçilərlə çalışan azərbaycanlı videoqraf - Fotolar

15 dek 2025, 09:30
Azərbaycandan ABŞ-yə - Dünyasəviyyəli sənətçilərlə çalışan azərbaycanlı videoqraf - Fotolar

Elçin Əhmədov Azərbaycan əsilli beynəlxalq səviyyəli videoqraf və vizual məzmun yaradıcısıdır. Onun peşəkar yolu idman sahəsindən başlayaraq media və vizual sənətə qədər uzanan unikal və çoxşaxəli karyera hekayəsini əhatə edir.

Liderxeber.az xəbər verir ki, Elçin Əhmədov 2001-cü ildən etibarən peşəkar idman sahəsində fəaliyyət göstərib, xüsusilə boks üzrə ciddi uğurlar qazanıb.

2016-cı ilə qədər müxtəlif yarışlarda iştirak edərək çempion titulları əldə edib, idman karyerası dövründə yüksək disiplin, səhnə mədəniyyəti və peşəkarlıq formalaşdırıb. Bu dövr onun gələcək yaradıcı fəaliyyətində əsas baza rolunu oynayıb.

2016-cı ildən etibarən Elçin Əhmədov məzmun yaradıcısı kimi fəaliyyətə başlayıb, sosial media platformalarında aktiv paylaşımlar edərək vizual hekayə danışmaq (storytelling) bacarıqlarını inkişaf etdirib. Video kontent, kinematoqrafik yanaşma və brend hekayəçiliyi sahəsində özünü davamlı şəkildə təkmilləşdirərək vizioqrqrafiya istiqamətində professional yol seçib.

2021-ci ildə ABŞ-nin Mayami şəhərinə köçən Elçin Əhmədov burada öz videoistehsal fəaliyyətini qurub və qısa müddət ərzində beynəlxalq səviyyəli layihələrdə iştirak etməyə başlayıb. Hazırda o, ABŞ-də məşhur sənətçilər və böyük brendlərlə əməkdaşlıq edən tanınmış vizual media mütəxəssislərindən biridir.

Onun əməkdaşlıq etdiyi layihələrə DJ Khaled, 50 Cent, Travis Scott kimi dünya şöhrətli artistlər, eləcə də, Shaklee Corporation, Cincoro, Code Blue kimi beynəlxalq brendlər və iri korporasiyalar daxildir. Elçin Əhmədovun işi yüksək keyfiyyətli kinematoqrafik videolar, brend reklamları, “lifestyle” və musiqi layihələri üzərində cəmlənib.

Elçin Əhmədovun fərqləndirici xüsusiyyəti onun idman disiplinini vizual sənətlə birləşdirən unikal yanaşmasıdır. O, təkcə operator deyil, eyni zamanda, layihələrdə kreativ düşüncə, vizual konsept və “storytelling” yaradan sənətçi kimi çıxış edir. Onun işləri sosial mediada geniş auditoriya tərəfindən izlənilir və beynəlxalq platformalarda paylaşılır.

Hazırda Elçin Əhmədov ABŞ-də fəaliyyətini davam etdirir, beynəlxalq layihələr üzərində çalışır və Azərbaycanı dünya səviyyəsində təmsil edən vizual sənətçilərdən biri kimi tanınır.

Əlaqə və əlavə məlumat:

Ad: Elchin Ahmadov
Peşə: Videographer / Visual Content Creator
Əsas fəaliyyət yeri: Miami, ABŞ
Sosial media: Instagram  YouTube (on minlərlə izləyici.