Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir

11 dek 2025, 16:26
Əhalinin gəlirlərinin yarısı ərzaq məhsullarına xərclənir

2025-ci ilin yanvar-noyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571.3 milyon manatlıq məhsul satılıb.

Bu məbləğin 31 milyard 937.1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634.2 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

Liderxeber.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.7 faiz artıb. Artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq mallarında isə 6.7 faiz olub.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50.4 faizi ərzaq məhsullarının, 4.1 faizi içkilər və tütün məmulatlarının, 14.9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına yönəlib. Bundan əlavə, xərclərin 6 faizi avtomobil benzini və dizel yanacağına, 4.8 faizi elektrik malları və mebellərə, 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1.4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf edilib. Qalan 16 faiz isə digər qeyri-ərzaq mallarının payına düşüb.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri real ifadədə 3.7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.8 faizini təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 7 faiz, fərdi sahibkarlar üzrə 1.2 faiz, bazar və yarmarkalar üzrə isə 4.8 faiz yüksəlib.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519.9 manatlıq məhsul alıb. Bunun 283.5 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 236.4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.